İngiltərənin “Cyjax” İnformasiya təhlükəsizliyi şirkəti Azərbaycan, Rusiya və digər qonşu ölkələrdə dövlət qurumlarına qarşı genişmiqyaslı kiberhücumlar aşkar edib. Bu barədə şirkətin hesabatında deyilir.
EDNews.net virtualaz.org-a istinadən xəbər verir ki, fişinq hücumuna məruz qalmış Rusiya strukturları arasında Rusiya Elmlər Akademiyası, mail.ru poçt xidməti və adları açıqlanmayan məmurlar var.
Həmçinin qeyd olunur ki, həmin xakerlərin əməllərindən Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Türkmənistan və digər ölkələrin dövlət qurumlarının əməkdaşları da zərər çəkib. Xakerlər electron poçta giriş səhifəsinə bənzər saytlar yaradır və bununla da login və parolları əldə edir. Gələcəkdə onlar həmin qurumların saytlarına hücüm edə və ya çıxışı sata bilərlər.
“Cyjax” mütəxəssisləri, bu cür saytların 2020-ci ilin yazında fəaliyyətə başladığını və hazırda 50-yə yaxın olduğunu xəbər veriblər. Hazırda onlardan 15-i aktivdir. Bu saytlar "xarici işlər, maliyyə və ya energetika nazirliklərinin işçiləri üçün e-poçta daxil olmaq üçün portalları imitasiya edir".