İran xarici işlər nazirinin müavini Ağdama səfər edib, Natəvanın ermənilər tərəfindən dağıdılmış məzarına baxıb - FOTOLAR - ednews.net

27 Oktyabr, Çərşənbə

İran xarici işlər nazirinin müavini Ağdama səfər edib, Natəvanın ermənilər tərəfindən dağıdılmış məzarına baxıb - FOTOLAR

Siyasət A- A A+

İranın Xarici İşlər Nazirinin müavini, Beynəlxalq və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd Kazım Səccadpur, Türkiyənin İran Araşdırmaları Mərkəzinin direktoru Haqqı Uyğur Ağdam rayonuna səfər edib.

EDNews.net-in APA-ya istinadən verdiyi məlumatına görə, qonaqlar Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində vəziyyətlə tanış olacaq, ermənilərin işğal müddətində törətdiyi vəhşiliklərin şahidi olacaqlar.

Onlar ilk olaraq Qarabağ xanlığının qurucusu Pənahəli xanın “İmarət” kompleksində olub, ermənilərin burada törətdiyi dağıntıları, erməni vandalizminin izlərini gözləri ilə görüblər.

Xan qızı Xurşidnanu Natəvanın ermənilər tərəfindən qazılıb dağıdılmış, təhqir olunmuş məzarı qonaqlara göstərilib.

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...