ATƏT Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü alqışlayıb | Eurasia Diary - ednews.net

17 Oktyabr,

ATƏT Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü alqışlayıb

Siyasət A- A A+

ATƏT-in Minsk qrupunun həmsədrləri Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Xovayev (Rusiya) rəsmi Bakı və İrəvana gərginliyin azaldılması üçün görüləcək tədbirlər, eləcə də atılacaq addımlarla bağlı təkliflər irəli sürüb.

EDNews.net xəbər verir ki, bu barədə ATƏT-in saytında bildirilib.

Vurğulanıb ki, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və həmsədrlərin görüşündə həll edilməyən bir sıra məsələlər müzakirə olunub.

Məlumata görə, ATƏT təmsilçiləri bu görüşü alqışlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...