Bunun üçün Azərbaycanın izi ilə getməliyik | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə

Bunun üçün Azərbaycanın izi ilə getməliyik

Siyasət A- A A+

Azərbaycanın izlədiyi yolu izləməli, ordunun gücünü və döyüş qabiliyyətini artırmalı, Bakının etdiyi kimi müəyyən vəzifələri yerinə yetirmək üçün böyük tərəfdaşları cəlb etməliyik.

EDNews.net xəbər verir ki, bunu Ukrayna Ali Radasının keçmiş deputatı Borislav Bereza deyib.

"Məsələn, Türkiyə Azərbaycan üçün belə bir tərəfdaşdır", - o bildirib.

Berezanın sözlərinə görə, Ukraynanın Krımı geri ala bilməsi üçün Rusiyanın böyük siyasi böhranlar yaşaması lazımdır, ABŞ, Avropa və Böyük Britaniya isə bu işdə ən böyük müttəfiqlərdir:

“Bunun üçün Ukraynanın böyük müasir ordu yaratması və enerjili diplomatik addımlar atması gərəkdir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...