Qarabağ müharibəsinin nəticələri yeni əməkdaşlıq imkanları açır - Rusiyalı ekspert - ednews.net

25 Oktyabr, Bazar ertəsi

Qarabağ müharibəsinin nəticələri yeni əməkdaşlıq imkanları açır - Rusiyalı ekspert

Siyasət A- A A+

"İkinci Qarabağ müharibəsinin nəticələri əməkdaşlıq üçün yeni imkanlar açır. Azərbaycan bu baxımdan mühüm əlaqələndirici halqadır".

Bunu EDNews.net-ə Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Baş elmi işçisi Stanislav Pritçin Azərbaycan, İran, Rusiya üçtərəfli əməkdaşlıq məsələsinə münasibət bildirərkən deyib.

Onun fikrincə, hazırda adıçəkilən ölkələr arasında əməkdaşlıq uğurla inkişaf edir: “Üçtərəfli əməkdaşlıq çərçivəsində icra olunan başlıca layihələrdən Şimal-Cənub nəqliyyat dəhlizi göstərilə bilər. Azərbaycanın azad edilən ərazilərdə infrastrukturun inkişaf etdiriməsinə böyük səylər göstərməsi buraya sərmayə qoyuluşu üçün əsaslı perspektivlər yaradır. İndi nəqliyyat və enerji sahəsində xeyli işlər görülüb”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...