Ceyhun Bayramov sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Ermənistana çağırış edib - ednews.net

5 Dekabr,

Ceyhun Bayramov sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Ermənistana çağırış edib

Siyasət A- A A+

Azərbaycan-Ermənistan sərhədində gərginlik var.

EDNews.net-in xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 30 il ərzində delimitasiya və demarkasiya reallaşmayıb, bunun da əsas səbəbi Azərbaycan torpaqlarının işğal altında olmasıdır.

“Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Bu məsələ normal və sivil qaydada həll olunmalı, delimitasiya prosesi həyata keçirməlidir. Azərbaycan bu istiqamətdə konstruktiv olub, amma Ermənistan tərəfinin qeyri-konstruktiv addımlarını, bəhanələrini görürük. Ermənistan öz seçimini etməlidir: qonşulara qarşı ərazi iddiaları, yoxsa konstruktiv əməkdaşlıq? Azərbaycan beynəlxalq hüquq prizmasından çıxış edir. Stabil və inkişafa yönəlmiş mühit üçün bu yanaşmanın alternativi yoxdur. Ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət edilməlidir”, - C. Bayramov qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...