“Azərbaycan indi Rusiya ilə beş ildən sonra nə olacağını müzakirə edir”.
EDNews.net xəbər verir ki, bunu Ermənistanın Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin sədri, erməni politoloq Stepan Qriqoryan deyib.
Qriqoryanın sözlərinə görə, Bakı sülhməramlı missiyanın çoxmillətli olmasını və Rusiyadan başqa Pakistanla Türkiyənin də olmasını tələb edir.
“Minsk qrupunun həmsədr ölkələri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa olduğundan, deyirik ki, çox yaxşı, sülhməramlıların uzadılması Rusiya, Fransa, ABŞ sülhməramlı qüvvələrini əhatə etməlidir. Azərbaycan bu məsələni çox sərt şəkildə ortaya qoyur və məndə olan məlumatlara görə, hazırda Rusiya ilə belə danışıqlar aparır”, - deyə o qeyd edib.