İranın hərbi təchizat xarakterli uçuşlara qadağa qoyması Azərbaycana növbəti xəyanətdir - Hərbi mənbə - ednews.net

8 Dekabr, Çərşənbə

İranın hərbi təchizat xarakterli uçuşlara qadağa qoyması Azərbaycana növbəti xəyanətdir - Hərbi mənbə

Siyasət A- A A+

Bu gün İran Azərbaycan tərəfinə rəsmi hərbi kanallar vasitəsilə Naxçıvana daha çox hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrin uçuşuna qadağa qoyulduğunu çatdırıb.

EDNews.net APA-ya istinadən xəbər verir ki, bu barədə hərbi dairələrdən məlumat əldə edilib.

Mənbə İranın Azərbaycana qarşı növbəti xəyanətinin Ermənistanın diqtəsi ilə həyata keçirildiyini iddia edib.

İran nəqliyyat-tranzit məsələlərində Azərbaycan ərazisindən daha çox istifadə edir. Bu, əsasən, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilən daşımalarda özünü göstərir.

"İranın Azərbaycana növbəti dəfə zərbə vurmaq cəhdi Naxçıvandakı hərbi hissələrin təchizatına bir o qədər də təsir göstərməyəcək. Azərbaycan bu marşrutdan çox az istifadə edir və daha çox digər marşrutlar üzrə daşımalara üstünlük verir" - deyə mənbə bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...