İranın Azərbaycana xəyanətinin SÜBUTLARI Tehran Qarabağı necə talan edirdi?

Siyasət 17:40 05.10.2021

Müsəlman ölkəsi olan, İslam adını daşıyan İran tarix boyu əməldə İslama qarşı fəaliyyət göstərib. Bu ölkənin Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistana və Qarabağdakı separatçı-terrorçulara verdiyi dəstək, işğaldan sonra dəstəyin davam etdirilməsi gözümüzün önündə bunun əyani sübutudur. Faktlar təsdiq edir ki, İran işğal dövründə Qarabağda Azərbaycanın maddi-mədəni sərvətinin talanmasında, erməni işğalının davamlı olmasında əlindən gələni edib.

Şuşada Yuxarı Gövhərağa məscidinin İran tərəfindən tərəfindən fars abidəsi kimi bərpa edilməsi bu qanunsuz və məkrli əməkdaşlığın sübutlarından biridir.

Məscidin bərpası 2014-cü ildə İranın “Part Saman Cahan” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin rəhbəri Səid Nəhavəndinin Ermənistanda memarlıq üzrə təhsil alması burada diqqətçəkən detallardan biridir. Məscidin bərpası İranın Şərq Tarixi İrsinin Dirçəlişi Fondunun təşəbbüsü ilə həyata keçirilib, daha sonra fondun nümayəndələrinin iştirakı ilə açılışı da edilib.

Keçmiş separatçı rejimin “mədəniyyət naziri” Lernik Avanesyan açılış mərasimində çıxışı zamanı etiraf edirdi ki, “Qarabağdakı bir çox erməni məbədinin bərpası İran dövləti tərəfindən bərpa edilir”.

“İran mədəniyyətinin nümunəsi olan və Artsaxda (Qarabağ - red.), xüsusən Şuşada yerləşən abidələr də bu qayğıdan bəhrələndi, çünki erməni-İran dostluğu dərin köklərə malikdir. Məcsid erməni-İran elmi-mədəni mərkəzi kimi fəaliyyət göstərəcək”, - Avanesyan bildirirdi.

İran tərəfi bu məlumatları təkzib etməyə çalışsa da, Şuşanın azad edilməsindən sonra məscidin İran şirkəti tərəfindən bərpa edildiyinə dair faktlar və sənədlər ortaya çıxdı.

İşğal dövründə Azərbaycan məscidinin İran tərəfindən təmir edilməsinin iki səbəbi var idi.

Birincisi, Azərbaycan abidələrinin farslaşdırılmasıdır. Gövhərağa məscidinin fars məbədi kimi təqdim edilməsi də bu məqsədə xidmət edirdi.

İkincisi, Qarabağda İran şirkətlərinin biznes şəbəkəsinə şəraitin yaradılmasıdır. Lernik Avanesyanın etirafı da təsdiqləyir ki, İran şirkətləri biznes maraqları qarşılığında “erməni abidələri”nin də bərpa və təmir işlərini həyata keçirirmiş.

İran şirkətlərinin Qarabağda fəaliyyətinə dair açıq mənbələrdə yetərincə fakt var.

Ermənistanda qeydiyyatdan keçən və işğal dövründə Qarabağa sərmayə yatıran İran şirkətlərinin siyahısı:

- “Mona Qrup” (Rəhmani, Rəşidi, Azərban Həddad), “Kankar”(Seyid Nur Eyni), “Şərifli” (Rza Şərifi), “Süleymani” (İzzət Süleymanpur), “Arya Filiz Nab” (Rəsul Ənzari), Araz Mühacir Ticarət” (Kazım Səfərzadə), “Aftab” (Əzimi Əhmədpur), “Arazfud” (Cavad və Məhəmməd Bimeqdar), “Nüsrəti” (Rza Nüsrəti), “Pəyan-e Saderat” (Davud Cokar), “Vasif” (Məhəmməd Cəfərpur Vasif), “Firuznejat” (Əhməd Firuznejat), “Nəcəfzadə” (Nəcəfzadə), “Kaimifa” (Əbülfəz Mətləbzadə), “Turac” (Məhəmmədhüseyin Yusifzadə), “Armen” (Əli Qüdrəti), “Ava” (Vahik Ohancanyan), “Kraun” (Hamu Davudi), “Şölə” (Seyidəli Hüseyni), “Suas” (Hüseyn Şadi), “AMO Kimya” (Nadir İrani, Vəhid Nəhavəndiyar), “Nahid” (Möhsüm Fərşbaf), “Səba Saha” (Rza Nafəzi), “Petrocəm” (Cəlil Heydəri), “Derəxşan” (İsmayıl İbrahimi), “Şahsuvari” (Rza Şahsuvari), “İzorof” (Təhmuraz İmani), “Rizşin” (Əli Əzhəri), “Elivoud” (Hüseyn Şeybani), “Tirkaran” (Məhəmməd Ənsari), “Mələki” (Hüseyn Mələki), “Luba” (Əli Azad Əfruz), “Nardino” (Siyamək Boləndi), “Kultrom” (Səda Allahverdiyan), “Şadan” (Şəhruz Hüseyni), “Sunesar” (Nasir Ətayi), “Suzan” (Behruz Caznəgu), “Növcavan qardaşları” (Cavad Növcavan), “Tatyo” (Arlen Davudyan), “Şahinans” (Vahik Şahinans), “Roberto” (Rubik Minasyan), “Arbi” (Varuj Ayvazyan), “Şahbaz” (Məhəmmədrza Baqeri), “Kyudot” (Rəhim Ali), “Ambret” (Pərviz Nüsrəti), “Bir” (Hadi Purradi Gərgəri), “Kondal” (Əsğər Fədai), “Aypeks Nur” (Əfşin Nəsiri), “Miyad” (Yunes Rezayi Əqdəm), “Paknam” (İsa İmami), “Marlik” (Əli Nəsirli Livarcani), “Şahab Səhənd” (Cavad Rəhimi Namdar), “Ərcümənd” (Əlirza Ərcümənd), “Livarcan” (Möhsün Cənabiyye), “Silis Şen” (Seyid Əbülfəz Səlili), “Minamesa” (Məhəmməd Eslami), “Nadir” (Nadir Kərimiyan Siyahrud), “Rand” (Rəhman Behruzi), “Trakliyan” (Həmid Xorrəmi), “Didar” (Əlirza Həlimi Təbrizi), “General Oil” (İbrahim Dadaşi Fərxəndi), “Aştarak” (Məhəmməd Əli Əsğəri), “Necati” (Yusif Necati), “Alişan” (Serjik), “Hadi” (Rza Hadi), “Zakeri” (Mənuçehr Zakeri), “Apada” (Əlirza Firuzməndi), “Olaks” (Yusif Çaleş), “Alfapetrolium” (Harut Aslanyan), “Sanir” (Katuziyan), “Biga” (Jerj Qədimi), “Arm Oil” (Hernik Darqukasyan), “Motoşop” (Rafiq Qarqusyan), “Raymond” (Raymond Tarverdiyan), “Harmik motor” (Harmin Manaseryan), “Şin Ezgim” (Əmir Əzhəri), “Əndişeyi İraniyan” (Əli Əlicanduxt), “Tun tun” (Serj Əmirxanyan), “Zöhrabyan” (Zöhrabyan qardaşları) və “Edko” (Armen Xodobəxşiyan).

Bu şirkətlərin adlarını “İran Mellat Bankı”nın İrəvan filialının şöbə müdiri olmuş Ermənistan vətəndaşı Hraçya Ovanisyan bankın onu işdən çıxarmasına və məhkəməyə verməsinə etiraz olaraq yaymışdı.

İran şirkətlərlə yanaşı, bankları ilə də Qarabağda biznes fəaliyyətini həyata keçirib.

“Banke Melli İran”, “İran İslam Bankı”, “Keşavarazi Bankı”, “Ənsar Bank”, “Ayəndəh Bank”, “Banke Hekmətİranian”, “Banke Mellət”, “Banke Keshvəravazi”, “Banke Xalifəthijəmalad”, “Banke Saderat”, “Banke Sepah”, “Banke Tejaret”, “Banke Ghavamin”, “Banke Parsian”, “Banke Qharzolhasaneh Mehr”, “Banke Refah”, “Banke Pasargad”, “Banke Saman ATM”, “Banke Samen”, “Banke Sina”, “Banke Maskan”, “Banke Post”, “Banke Egthesade Novin”, “Banke Eqtesad Novin”, “Banke Touse Saderat”.

İşğal dövründə Qarabağda maliyyə əməliyyatları həyata keçirən İran banklarının adları məlum olanları bunlardır.

Məlumatlara görə, İrana qarşı ABŞ sanksiyalarının tətbiqi zamanı pullar Qarabağa gətirilir, daha sonra bu banklar vasitəsilə İrəvandakı banklara köçürülərək, “yuyulur” və “təmiz maliyyə” olaraq dövriyyəyə buraxılırdı.

Bu günlərdə Ermənistanda qalmaqala səbəb olan “Azərbaycandan köçürülən 221 milyon dollar” məsələsinin əsli də İran banklarının Qarabağdakı qanunsuz fəaliyyətinin bir hissəsidir.

Ermənistan parlamentində təmsil olunan “Parlaq Ermənistan” fraksiyasının deputatı Armen Yeqiyazaryan 2018-ci ildə Azərbaycandan Ermənistana 211 milyon dolların köçürülməsi məsələsi ilə bağlı ölkənin Milli Təhlükəsizlik Xidmətinə rəsmi sorğu göndərib. Milli Təhlükəsizlik Xidmətinin cavabında bunun əsassız olduğunu bildirib. Bu iddia Dünya Bankının 2019-cu ildə açıqladığı hesabata əsasən irəli sürülür.

Əslində 221 milyon dollar Qarabağdakı İran banklarından Ermənistana köçürülüb. Beynəlxalq hüquqda Qarabağ Azərbaycanın ərazisi kimi tanındığı üçün Dünya Bankı hesabatında bunu “Azərbaycandan Ermənistana köçürülən maliyyə” olaraq qeyd edir. 221 milyon dollar İrandan Qarabağa gətirilən və banklar vasitəsilə Ermənistan banklarına köçürülərək, “yuyulan” pullardır.

İranın işğal dövründə Qarabağdakı biznesini təkcə şirkətlər və bankların fəaliyyəti yox, sərhəd bölgəsindəki əkin və otlaq sahələrinin birgə istismar edilməsi də əhatə edir.

Torpaqlarımızın azad edilməsi İran şirkətlərinin qanunsuz biznesinin də əllərindən çıxması ilə nəticələndi: həm əkin və otlaq sahələrinin istismarından, həm Qarabağda qurduqları ticarət şəbəkəsindən, həm də çirkli pulların yuyulmasından məhrum oldular.

Bu faktlar, bu da İslam adına danışan İran. İran təkcə Ermənistana dəstək vermir, bu dəstəklə həm də islama xəyanətini davam etdirir.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı