İran hakimiyyətinin saxtakarlığı - pozulan konstitusiya, tapdanan hüquqlar

Siyasət 16:55 06.10.2021

İranın qədim dövlət ənənəsinə malik olduğunu deyirlər. Bir də deyirlər ki, bu ölkəni idarə edənlər çox siyasətcil olublar. Adətən, siyasətcilliyi vurğu ilə deyirlər, bunun mənası hiyləgərliyə uyğun gəlir. Bu mənada İran mərkəzli fars düşüncə sisteminin daşıyıcısı olanlar davranış və əməlləri ilə barələrində deyilənləri çox təəssüf doğruldurlar. Təəssüf bir də ona görə ki, belələrinin idarə etdiyi dövlət Azərbaycan Respublikası ilə qonşudur və milyonlarla Azərbaycan türkü bu ölkənin əzəli sakinləridir.

İran İslam Respublikasının 42 yaşı olacaq. Yarandığı gündən indiyədək bu hakimiyyət konflikt, müharibə axtarıb. Sanki bu tip hadisələrdən enerji alır. Bir çox tədqiqatçının rəyinə əsasən, 1980-ci ildə İraqla müharibəyə İran tərəfi başlayıb. Ölkə daxilində müxalifəti birdəfəlik susdurmaq, fərqli düşünənləri neytrallaşdırmaq, ölkə vətəndaşlarına verdiyi vədləri yerinə yetirməmək üçün Səddam Hüseynlə bağlanan 1975-ci il müqaviləsini pozmaq onlar üçün göydəndüşmə olmuşdu. Ayətullah-üzma Seyid Kazım ağa Şəriətmədarinin müəmmalı qətli, ayətullah Hüseynəli Müntəzirinin vəfat edənədək ev dustaqlığında saxlanılması kimi hadisələr İran hakimiyyətinin siyasətcilliyini təsdiqləyir.

1979-cu il dekabrın 3-də İran İslam Respublikasının Konstitusiyası qəbul edilib. Bu əsas qanunda ölkədə fars olmayanların öz dilində təhsil almaq hüquqları və başqa mədəni haqları təsbit olunub. Ötən 42 il ərzində İran hakimiyyəti öz vətəndaşlarını bu təbii və qanuni haqlarından məhrum edib. Hakimiyyət və onun başçısı dünya müsəlmanlarının hamisi rolunda çıxış etdiyini bəyan edir. Hətta ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xaməneiyə “vilayəti fəqih” deyirlər. Ancaq bu kimi titulları daşıyan və daşımış İranın ali rəhbərləri öz vətəndaşlarına münasibətdə saxtakarlıq edib, konstitusiyanın uyğun maddələrini görməzdən gəldikləri kimi, dünya müsəlmanları ilə bağlı məsələdə də siyasətcilliklə məşğuldurlar.

İslam Respublikası Konstitusiyasının 152-ci maddəsinə əsasən, bütün müsəlmanların hüquqlarının müdafiəsi ölkənin xarici siyasətinin əsas prinsiplərindəndir. Əsas Qanunun 154-cü maddəsi isə dünyanın istənilən yerində məzlumların dəstəklənməsini nəzərdə tutur. Ancaq bu maddələr Azərbaycan torpaqları işğala məruz qalanda da, işğaldan azad ediləndə də işləmədi. Belə çıxır, İran müsəlmanların darda qalması və onların bu vəziyyətindən sui-istifadə edib siyasi oyunbazlıq üçün bu maddəni konstitusiyaya daxil edib. Məsələn, Fələstin probleminə baxaq. İran hakimiyyəti bundan regionda gərginlik yaratmaq üçün alət olaraq yararlanır. Müxtəlif qruplaşmaları himayə etməklə onların öz talelərini müəyyənləşdirməsinə mane olur. Livanda da normal hakimiyyətin formalaşmasının başlıca problemlərindən biri iranyönlü qruplaşmadır. Bununla ölkənin qonşularla dinc yanaşı yaşamasına əngəl olur. Həmin ölkələrdəki konfliktlərdə iştirak etməklə İran hakimiyyəti özünü “müsəlmanların hamisi”, “məzlumların pənahı” kimi aparır.

1990-cı illərdə İran İmdad Xomeyni Cəmiyyətinin vasitəsilə Qarabağdan olan məcburi köçkünlərə yardım edərkən Azərbaycan dövlətinə qarşı fəaliyyəti ilə konstitusiyanın bəhs etdiyimiz maddəsinə necə əməl etdiyini sübuta yetirib. Halbuki ayətullah Xaməneinin “Qarabağ İslam torpağıdır” deyimi daim bu ölkənin rəsmiləri tərəfindən guya İslam Respublikasının ədalətli mövqeyinin sübutu kimi təqdim olunsa da, rəsmi Tehran heç vaxt Ermənistandan həmin torpaqdan çıxmağı tələb etməmişdi. Əksinə, Azərbaycan torpaqları işğal altında olduğu illərdə İran hakimiyyəti Ermənistana hərtərəfli yardımlar edib və bu da davam etməkdədir. Ermənistan İran üçün elə böyük bazar olmadığı üçün bu iki dövlət arasında ticarət əlaqələri daha çox Tehranın işğalçı Ermənistana yardımı olaraq dəyərləndirilə bilər.

İran Birinci Qarabağ müharibəsində Azərbaycana yardım etdiyini nə qədər reklam etməyə çalışsa da, bu saxtakarlıq baş tutmadı. İranla sərhədyanı rayonlar işğal olunan zaman Azərbaycan vətəndaşlarının Arazın o tayına keçməsinin minnətini Tehran rəsmiləri daima edilər. Ancaq əslində, onlara yardımı hakimiyyət deyil, yerli güneyli azərbayanlılar etmişdi. Hakimiyyət nümayəndələri isə onların İranı tez tərk etməsinə çalışmışdılar. Hətta bu zaman məcburi köçkünlərə qarşı kobudluqlar belə edilmişdi. Eyni zamanda məcburi köçkünlərin mal-qara sürülərini hakimiyyət nümayəndələri dəyər-dəyməzinə satın alaraq mənfəət götürmüşdülər. Bununla da məcburi köçkünlərin İran ərazisinə axınının qarşısını almaq üçün hər şey edilmişdi. Həmin dövrdə Şərqi Azərbaycan valisi olmuş Əli Əbdüləlizadə sonralar etiraf edib ki, İran Azərbaycanın münaqişədə düşdüyü çətin vəziyyətdən fürsət kimi yararlanıb və iqtisadi mənfəətini düşünüb, Ermənistanla da əlaqəsini kəsməyib.

İranın Azərbaycana qarşı irəli sürdüyü iddialardan biri guya 44 günlük müharibə zamanı Azərbaycan tərəfdə “terrorçular döyüşüb” ifadəsidir. Ancaq heç kimə sirr deyil ki, İran hakimiyyəti beynəlxalq terrorçuluğun mənbələrindən sayılır. Bu istiqamətdə İranın törətdiyi çoxlu sayda cinayətlər var. İranın İraq, Suriya, Livan, Yəmən, Fələstin və başqa ölkələrdə hərbçiləri, təlimatçıları nə işlə məşğul olur? 2019-cu ilin aprelində ABŞ İnqilab Keşikçiləri Qvardiyasını (SEPAH) və onun xaricdə fəaliyyət göstərən “Qüds” qolunu terrorçu təşkilat siyahısına daxil edib. Yeri gəlmişkən, Azərbaycanla sərhəddə təlim keçən də ABŞ-ın terrorçu saydığı hərbi birləşmədir.

İran dünyada çox böyük qalmaqala səbəb olmuş terror aktlarına da imza atıb. 1994-cü il iyulun 18-də Argentinanın paytaxtı Buenos Ayros şəhərində yəhudi mədəniyyət mərkəzinin partladılması nəticəsində 85 nəfər ölmüş, 300 nəfər yaralanmışdı. Xəsarət alanların çoxu yəhudi olub. 1995-ci ilin oktyabrında Argentina kəşfiyyatının başçısı Uqo Ansorreqi teraktı İranın iştirakı ilə “Hizbullah”ın törətdiyini açıqlamışdı. 2006-cı ildə Argentina prokurorları Alberto Nisman və Marselo Burqos terror aksiyasının təşkilinə görə İranı ittiham etmişdi. 2017-ci ildə isə Alberto Nisman mənzilində qətlə yetirilib. Terror aksiyasını törədənlər arasında İranın keçmiş xarici işlər naziri, hazırda İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin də adı hallanır. 2019-cu ildə Argentina hakimiyyəti Bakıya səfər etmiş Vilayətinin onlara verilməsini istəmişdi. Qeyd edək ki, o, həmin il noyabrın 14-15-də Bakıda keçirilmiş İkinci Dini Liderlər sammitində iştirak etmək üçün Bakıya səfər etmişdi. 2007-ci ildən həmin bombalı hücuma görə bir qrup iranlı məmur barəsində axtarış elan olunub. Onların arasında İranın Kolumbiyadakı keçmiş mədəniyyət attaşesi Möhsün Rəbbani də olub. Barəsində axtarış elan olunandan sonra Rəbbani bu ölkəyə getməyib. Argentina hüquq-mühafizə orqanları müəyyən ediblər ki, İsrail səfirliyinə və mədəniyyət mərkəzinə hücumun təşkilatçıları arasında Əli Əkbər Vilayəti ilə yanaşı, İnqilab Keşikçiləri Qvardiyasının o vaxtkı komandanı, prezidentliyə dəfələrlə namizəd, İran Məsləhət Şurasının katibi Möhsün Rezayi və hazırda hakimiyyətdə yüksək vəzifələrdə olan bir sıra rəsmilərin də adları var.

Nəhayət, 2021-ci il avqustun 22-də İran yeni hökumətinin tərkibi açıqlanıb. Prezident İbrahim Rəisi də daxil olmaqla Nazirlər Kabinetinin üzvlərinin az qala yarısına müxtəlif beynəlxalq və daxili cinayətlərdə iştirakına görə ABŞ tərəfindən sanksiya tətbiq edilib. İranın vitse-prezidenti Məhəmməd Mohber, Prezident Administrasiyasının başçısı Qulamhüseyn İsmaili, habelə İranın müdafiə, daxil işlər, yol və turizm nazirləri, “Qüds” qoşunlarının komandanı, kəşfiyyat naziri sanksiyaya məruz qalanlardandır. Eləcə də İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianın da adı “qara siyahıda”dır.

Bu İrandır, öz vətəndaşlarına inanmayan, onların konstitusiya haqqını pozub tapdayan, dünya müsəlmanları adından siyasətçiliklə çıxış edənlərin idarə etdiyi ölkə...

Sədrəddin Soltan

Makronu tənqid edən erməni jurnalist İrəvana buraxılmadı - VİDEO

Xəbər xətti

2 nəfər Çinli casusluqda ittiham olunur
2 nəfər Çinli casusluqda ittiham olunur
10:20 23.04.2024
Politoloq: "İran Azərbaycanı özü üçün potensial təhdid görür" - ŞƏRH
10:13 23.04.2024
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
10:07 23.04.2024
Artan ailədaxili münaqişələr, cinayətlər... - Günahkar kimlərdir? - Ekspertlərin RƏYİNDƏ
10:00 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu
09:51 23.04.2024
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
09:45 23.04.2024
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
09:40 23.04.2024
Polşadan Rusiyaya “nüvə” hədəsi
Polşadan Rusiyaya “nüvə” hədəsi
09:37 23.04.2024
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
09:34 23.04.2024
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:30 23.04.2024
Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı qeyd edilir
09:21 23.04.2024
Bu gün Bakıda beynəlxalq konfrans keçiriləcək - DAVAMI LAÇINDA OLACAQ
09:20 23.04.2024
Malayziyada helikopterlər toqquşub, azı 10 nəfər ölüb - VİDEO
09:13 23.04.2024
Makronu tənqid edən erməni jurnalist İrəvana buraxılmadı - VİDEO
09:08 23.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb
09:02 23.04.2024
Paytaxtın bu küçələrində TIXAC VAR
08:55 23.04.2024
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
08:42 23.04.2024
Rus ordusu cəbhə xəttini yardı: sürətlə irəliləyir
06:21 23.04.2024
“TikTok” ABŞ-də sona qədər hüquqi mübarizə aparacaq
05:19 23.04.2024
Məktəb direktorunun MƏHKƏMƏSİNDƏN: Həmin qadından 300 min alıbmış
03:08 23.04.2024
Modriç gələcəyi ilə bağlı qərar verdi
02:06 23.04.2024
Aİ ölkələri yaxın vaxtlarda Ukraynaya HHM sistemləri göndərə bilər
01:00 23.04.2024
Peskov: “Sülhməramlıların Qarabağdan çıxarılması regiondakı reallıqlara uyğundur”
00:05 23.04.2024
Naxçıvanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər SAXLANILIB
23:38 22.04.2024
Boksçumuz erməni rəqibini məğlub edib 1/4 finala yüksəldi
23:25 22.04.2024
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
23:06 22.04.2024
Azərbaycan və ABŞ maliyyəçilərinin görüşü keçiriləcək
23:00 22.04.2024
Leninin məqbərəsi BAĞLANIB - SƏBƏB
22:40 22.04.2024
Azərbaycanla Keniya arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub
22:21 22.04.2024
Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb
22:00 22.04.2024
Prezident İlham Əliyev: Fəxr edirik ki, azərbaycanlı mütəxəssislər BAM-ın tikintisində fəal iştirak ediblər
21:49 22.04.2024
Rumıniya parlamenti Qara dənizin minalardan müdafiəsi qrupunda iştirakını təsdiqləyib
21:39 22.04.2024
Rusiya Prezidenti: Heydər Əliyev BAM layihəsinin baş tutması üçün əlindən gələni edib
21:30 22.04.2024
Aİ İranın raket və dron istehsalçılarına qarşı sanksiyaları genişləndirib
21:21 22.04.2024
Vladimir Putin: BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir
21:20 22.04.2024
Rusiya Prezidenti: Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb
21:15 22.04.2024
Kreml: Sülhməramlıların Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur
21:00 22.04.2024
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb
20:56 22.04.2024
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
20:50 22.04.2024
Britaniyada iki nəfər Çinə casusluq etməkdə ittiham olunub
20:44 22.04.2024
Hamısı