BMT müstəvisində Azərbaycanın Ermənistana qarşı cinayət təqibi prosesinə rəsmi start verilir... - ednews.net

5 Dekabr,

BMT müstəvisində Azərbaycanın Ermənistana qarşı cinayət təqibi prosesinə rəsmi start verilir...

Rauf Zeyni: “Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verməklə artıq beynəlxalq səviyyədə prosesi başladıb”

Siyasət A- A A+

Azərbaycanın iddiası əsasında Ermənistana qarşı məhkəmə prosesi başlayır. BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycan arasında "İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulması ilə bağlı məhkəmə prosesi çərçivəsində 18-19 oktyabr tarixlərində dinləmələr təyin edib.

EDNews.net xəbər verir ki, bu dinləmələr Azərbaycanın tələbi ilə bağlıdır.

Pandemiya ilə əlaqədar olaraq dinləmələr hibrid formatda keçiriləcək. Yəni bəzi hakimlər dinləmələrdə şəxsən iştirak edəcək, digərləri isə videobağlantı vasitəsilə əlaqə saxlayacaqlar. Tərəflərin nümayəndələri dinləmələrdə ya şəxsən, ya da videobağlantı ilə iştirak edə bilər.

Qeyd edək ki, Azərbaycan "İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib.

Azərbaycan tərəfi bəyan edir ki, son 10 ay ərzində tərəflərin razılığa gəlmək cəhdləri çıxılmaz vəziyyət yaradıb. Bu səbəbdən də Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsindən "İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etməyi, ölkəyə və xalqa dəymiş ziyanı ödəməyi xahiş edir.

“Ermənistan etdiyi bütün cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verməklə, 30 il müddətində etdiyi bütün müharibə və bəşəriyyət əleyhinə cinayətlərini...”

Azərbaycan Milli Qeyri Hökumət Təşkilatları Forumunun (MQF) rəhbəri Rauf Zeyni “Bakı-Xəbər”ə bildirdi ki, son günlər 10 noyabr sazişinin tələblərinin yerinə yetirilməsi ilə bağlı Azərbaycanla  Ermənistan arasında bir çox həllini tapmayan məsələlər var: “Ona görə də, Azərbaycan dəfələrlə beynəlxalq tədbirlərdə, beynəlxalq tribunalarda məsələ qaldırmağına, Ali Baş Komandan, Prezident İlham Əliyevin xarici KİV-ə, telekanallara müsahibə verib bütün məsələlərə aydınlıq gətirməsinə baxmayaraq, həm üçtərəfli bəyanatın tələbləri, həm də beynəlxalq hüquqdan irəli gələn bir sıra məsələlər Ermənistan tərəfindən yerinə yetirilmir. Ona görə də Azərbaycan haqlı olaraq Ermənistanın cinayətlərinə hüquqi qiymət verilməsi üçün beynəlxalq instansiyalara müraciət edib və belə bir prosesin başlanmasına nail olur. Torpaqlarımız işğalda olduğu dövrdə Ermənistan Azərbaycanın maddi-mədəni dəyərlərinə, abidələrinə, milli mənəvi dəyərlərimizə, flora və faunamıza, təbiətimizə, təbii sərvətlərimizə böyük ziyan vurub. Buna görə də bu ziyan hesablanır və  müvafiq qurumlar, beynəlxalq təşkilatlar tərəfindən dəyərləndirmələr həyata keçirilir. Bununla da, əlbəttə, Ermənistan tərəfindən Azərbaycana təzminatın ödənilməsi ilə bağlı məsələlər dəqiqləşdirilir. Bunlarla yanaşı, Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib. Azərbaycanın Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verməsi  “İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” beynəlxalq Konvensiyanın tələblərinin pozulması ilə bağlıdır. Ermənistan bu Konvensiyanın tələblərini çox kobud şəkildə pozub. Ermənistan 10 ay ərzində tərəflərin gəldiyi razılğı pozduğuna görə Beynəlxalq Ədalət Məhkəməsi qarşısında cavab verəcək. Azərbaycan respublikası olaraq, biz Ermənistanın törətdiyi bütün hərbi cinayətlərə görə beynəlxalq məhkəmələrə müraciət edə bilərik. Çünki bu konvensiyaları Ermənistan da, Azərbaycan da imzalayıb. Elə bir beynəlxalq konvensiya yoxdur ki, Ermənistan onun tələblərini pozmasın, belə bir konvensiya tapmaq qeyri-mümkündür. Bu səbəbdən də Azərbaycan bundan sonra da əlaqədar məsələlərlə bağlı bütün istiqamətlər üzrə Ermənistanı haqlı olaraq beynəlxalq məhkəməyə verməlidir. Dünya ictimaiyyəti də bilməlidir ki, Ermənistan beynəlxalq hüquq normalarına, beynəlxalq konvensiyalara 30 il ərzində əməl etməyib. Təbii ki, son 10 ay ərzində də bunlara riayət etməyib. Müharibənin gedişində də beynəlxalq hüquq normalarını pozaraq hərbi cinayətlər törədib. Bu da bütün dünyaya bəllidir”.

R.Zeyninin sözlərinə görə, bu istiqamətdə Azərbaycan öz hüquqlarından sona qədər istifadə etməlidir və Ermənistanın bütün cinayət əməllərini, beynəlxalq hüquqa zidd hərəkətlərini dünya ictimaiyyəti qarşısında ifşa etməlidir: “Ermənistan ictimaiyyəti də, beynəlxalq aləm də bilməlidir ki, Azərbaycan haqq yolundadır, haqlı mövqedədir. Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verməklə artıq beynəlxalq səviyyədə prosesi başladıb. Ermənistan etdiyi bütün cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verməklə 30 il müddətində etdiyi bütün müharibə və bəşəriyyət əleyhinə cinayətlərini etiraf etməyə məcbur olacaq”-deyə R.Zeyni qeyd etdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...