Daha Hadrutu tutmaq mümkün deyil - Erməni polkovnik - ednews.net

4 Dekabr, Şənbə

Daha Hadrutu tutmaq mümkün deyil - Erməni polkovnik

Siyasət A- A A+

Keçmiş qondarma “Dağlıq Qarabağ respublikası”nın "müdafiə nazirliyi"nin mətbuat katibi olmuş Senyor Asatryan Ermənistan mətbuatına müsahibə verib.

EDNews.net xəbər verir ki, ehtiyatda olan polkovnik İkinci Qarabağ müharibəsinin ildönümündə reallıqları təhlil edərək belə biabırçı məğlubiyyətin günahkarlarını sadalayıb. Separatçıların keçmiş "nümayəndəsi"nin giley dolu müsahibəsində məğlubiyyəti əsas səbəbini idarəçiliklə bağlı problemin olmasında görüb.

- Bu gün müharibənin yenidən başlayacağını istisna etmirəm. Sadəcə dəqiq vaxtı deyə bilmərəm. Üstəlik, bu bölgədə yaranacaq yeni müharibə o vaxta kimi davam edəcək ki, gərginlikdən faydalanan əsas güclər təyinat nöqtəsinə çatacaqlar. Mən əsas güclər deyəndə Azərbaycan və Ermənistanı deyil, daha böyük supergücləri nəzərdə tuturam. Bilmirəm bu proqramı həyata keçirənlər sonda uğur qazanacaqlar ya yox, amma istənilən halda uduzan biz olacağıq.

Asatryan bu gün işğaldan azad olunmasının bir ili tamam olan Hadrut haqqında da söz açıb. O, jurnalistin ötən ilin sonunda rəsmilərdən birinin Hadrutu geri qaytarmaq mümkündür fikri ilə bağlı sualına belə cavab verib.

- Ən azından bu hökumətlə belə bir perspektiv görmürəm. O ki qaldı Şuşa geri alındı yoxsa satıldı sualına, onu deyə bilərəm ki, şəhəri ələ keçirmək çox çətin, mümkün olmayan şeylər isə çox idi. Hər halda məğlubiyyətimizin səbəbi nə Türkiyə, nə də başqa bu kimi məsələlərdir. Təbii ki, bütün bunlar öz rolunu oynadı. Amma məğlubiyyətimizin bir nömrəli səbəbi özümüzük.

Sual edirsiniz ki, hakimiyyət nümayəndələri son otuz ildə ordunun silahlanmadığını bildirir, bu realdırmı? Bəli, çatışmazlıqlar, buraxılan boşluqlar var idi. Amma "İskəndər" ordu silahlanmasına daxil olubsa, deməli ordunun yaxşı silahlanmadığını söyləmək əbəsdir. Ordumuzun çatışmazlıqları olub. Ancaq bu gün silahlı qüvvələrə aid edilən bəhanələr doğru deyil. Ordumuza lazım olan hər şey var idi. Əsgərimiz savadlı şəkildə təlimlər görsəydi onlar qalib gələ bilərdilər. Sadəcə bu ordunu idarə etmək lazım idi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...