Ermənilər Qarabağı birdəfəlik tərk edir - VİDEO - ednews.net

4 Dekabr, Şənbə

Ermənilər Qarabağı birdəfəlik tərk edir - VİDEO

Siyasət A- A A+

Üçtərəfli sazişin imzalanmasından sonra, Ermənistan və Rusiya KİV-i durmadan ərazidə qeyri-qanuni şəkildə məskunlaşan ermənilərin geri dönüşündən yazırdı. "Dinc sakinlərin Qarabağa qayıdışı" adı ilə tirajlanan xəbərlər Azərbaycan tərəfini narahat etmirdi. Çünki onlar ya "evlərini" satıb gedəcək, ya da Azərbaycanın idarəçiliyi altında yaşayacaqlar. 

EDNews.net xəbər verir ki, bu dəfə də ermənilərin Qarabağı tərk etməsinin yeni görüntüləri əks olunub. Həm də onlar evlərini sataraq, bir daha geri dönməmək üzrə Azərbaycan torpaqlarını tərk edirlər. 

"Ermənistanın "list.am", "full.am" kimi daşınmaz əmlak saytları, eləcə də ixtisaslaşmış Feysbuk səhifələrinin monitorinqinə əsasən müəyyən olunub ki, cari ilin üçüncü rübünə olan vəziyyətə görə, Xankəndində 114, Xocavənd şəhərində isə 64 yaşayış yeri satışa çıxarılıb. Xankəndində evlərin hər kvadratmetrinə görə orta qiyməti 600-650, Xocavənddə isə 600-800 dollar arasında dəyşir", - deyə "Caliber.az"ın yaydığı videomaterialda bildirlib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...