Hava Hücumundan Müdafiə bölmələrinin döyüş atışları keçirilir - VİDEO - ednews.net

6 Dekabr, Bazar ertəsi

Hava Hücumundan Müdafiə bölmələrinin döyüş atışları keçirilir - VİDEO

Siyasət A- A A+

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışları keçirilir.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, döyüş atışlarının əsas məqsədi şəxsi heyətin zenit-raket komplekslərini (ZRK) idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsidir.

Atış çalışmalarında döyüş heyətləri “OSA” ZRK-nın start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativləri yerinə yetirirlər.

Komplekslərin döyüş heyətləri şərti düşmən hədəflərinin aşkar olunaraq praktiki atışlarla məhv edilməsi tapşırıqlarını peşəkarlıqla icra edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...