“Hindistanın Xarici İşlər naziri Subrahmanyam Caişankarın Ermənistana səfərini bir çox səbəblərə görə adi hadisələrə aid etmək olmaz”.
EDNews.net xəbər verir ki, bunu “Regnum” agentliyinin saytında dərc edilmiş məqaləsində qafqazşünas Stanislav Tarasov yazıb.
Tarasov qeyd edib ki, 30 il ərzində bu səviyyədə heç bir hindli İrəvana səfər etməyib.
“Lakin Nyu-Dehli təkcə Türkiyə-Pakistan-Azərbaycan ittifaqı ilə yox, həmçinin Çin ilə bağlı problemlərə sahibdir. Hindistanın Çin ilə fikir ayrılıqlarını nəzərə alaraq amerikalıların Nyu-Dehlini öz qlobal ittifaqlarına cəlb etmək cəhdlərini dayandırmamaları təəccüblü deyil”, - deyə o bildirib.