Azərbaycan strateji yüksəkliyə nəzarəti ələ alacaq - erməni deputat - ednews.net

29 Noyabr, Bazar ertəsi

Azərbaycan strateji yüksəkliyə nəzarəti ələ alacaq - erməni deputat

Siyasət A- A A+

Qafan şəhərinin yaxınlığında yerləşən Ağdağ zirvəsi Azərbaycan Ordusunun nəzarətinə keçəcək.

EDNews.net Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Ermənistan blokunun üzvü”, deputat Anna Qriqoryan açıqlama verib.

O strateji yüksəkliyin Azərbaycanın nəzarətinə keçməsi nəticəsində bir neçə erməni kəndi və Qafan şəhərinin Azərbaycan Ordusunun birbaşa vizual nəzarətinə keçəcəyini əlavə edib.

Ermənistanlı deputat Ağdağ zirvəsinin beynəlxalq sənədlərə əsasən, Azərbaycanın Zəngilan rayonunun ərazisi olduğunu qeyd etməkdən çəkinib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...