Qafan şəhərinin yaxınlığında yerləşən Ağdağ zirvəsi Azərbaycan Ordusunun nəzarətinə keçəcək.
EDNews.net Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Ermənistan blokunun üzvü”, deputat Anna Qriqoryan açıqlama verib.
O strateji yüksəkliyin Azərbaycanın nəzarətinə keçməsi nəticəsində bir neçə erməni kəndi və Qafan şəhərinin Azərbaycan Ordusunun birbaşa vizual nəzarətinə keçəcəyini əlavə edib.
Ermənistanlı deputat Ağdağ zirvəsinin beynəlxalq sənədlərə əsasən, Azərbaycanın Zəngilan rayonunun ərazisi olduğunu qeyd etməkdən çəkinib.