Türkiyədə kursda iştirak edən Azərbaycan hərbçilərinin buraxılış mərasimi keçirilib - ednews.net

6 Dekabr, Bazar ertəsi

Türkiyədə kursda iştirak edən Azərbaycan hərbçilərinin buraxılış mərasimi keçirilib

Siyasət A- A A+

Oktyabrın 16-da Türkiyənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında “Dağ komando kursu”nu bitirən Azərbaycan Ordusunun hərbi qulluqçularının buraxılış mərasimi keçirilib.

EDNews.net-in xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Buraxılış mərasimində Azərbaycandan nümayəndə heyəti və ölkəmizin Ankaradakı səfirliyinin nümayəndələri iştirak edib.
Mərasimdə çıxış edənlər kursu bitirən hərbçiləri təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Sonda məzunlara kursu müvəffəqiyyətlə bitirmələri barədə sertifikatlar təqdim olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...