Azərbaycan, Türkiyə və Pakistanın iştirakı ilə çoxtərəfli təlimlər keçiriləcək - ednews.net

6 Dekabr, Bazar ertəsi

Azərbaycan, Türkiyə və Pakistanın iştirakı ilə çoxtərəfli təlimlər keçiriləcək

Siyasət A- A A+

Yunanıstanın Fransa və ABŞ-la ikitərəfli hərbi əməkdaşlıq müqavilələri imzalaması, F-35 qırıcıları alması Egey və Aralıq dənizində gərginliyi artırır. Türkiyə isə Yunanıstanın silahlanmasına cavab olaraq öz ərazi sularında müttəfiqlərinin iştirakı ilə iki irimiqyaslı hərbi təlimlər keçirməyə hazırlaşır. Bu təlimlərdə Azərbaycanın da iştirakı gözlənilir.

EDNews.net “Türkiye” qəzetinə istinadən xəbər verir ki, “Nusret-2021” hərbi təlimləri oktyabrın 18-də Egey dənizinin şimalında keçiriləcək. “Şərqi Ağdəniz-2021” dəniz döyüş təlimlərinin isə noyabrın 1-də Aralıq dənizinin şərqində keçirilməsi planlaşdırılır.

“Nusret-2021” hərbi təlimlərinin Çanaqqala və Saros Körfəzi rayonunda keçiriləcəyi bildirilir. Bu təlimlərə Azərbaycan, Pakistan, Qətər, Liviya və Banqladeşlə yanaşı Ukrayna, Belçika və NATO-dan dəniz hərb elementləri cəlb olunacaq. Digər hərbi təlimlərdə isə Azərbaycan və Pakistan xüsusi təyinatlılarının iştirakı nəzərdə tutulur. Bu təlimlərə ABŞ özünün P-8 “Poseidon” kəşfiyyat təyyarəsini göndərəcək.

Xatırladaq ki, ötən aylarda Azərbaycan və Türkiyə silahlı qüvvələri bir -birinin ardınca birgə təlimlər keçiriblər. Habelə Azərbaycan, Türkiyə, Pakistan xüsusi təyinatlılarının iştirakı ilə “Üç qardaş-2021” təlimləri keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...