Azərbaycanlı və erməni məcburi köçkünlər təhlükəsiz şəkildə evlərinə qayıtmalıdır - Lavrov - ednews.net

3 Dekabr, Cümə

Azərbaycanlı və erməni məcburi köçkünlər təhlükəsiz şəkildə evlərinə qayıtmalıdır - Lavrov

Siyasət A- A A+

Rusiya xarici işlər naziri Sergey Lavrovla Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer arasındakı telefon söhbəti zamanı Qarabağdakı humanitar vəziyyətə dair müzakirə aparılıb.

EDNews.net xəbər verir ki, bu barədə Rusiya XİN-in saytında bildirilir.

Rusiyalı nazir deyib ki, azərbaycanlı və erməni məcburi köçkünlər beynəlxalq humanitar hüququn müddəalarına tam uyğun şəkildə könüllü və təhlükəsiz şəkildə öz ev-eşiklərinə qayıtmalıdırlar: “Əlbəttə, əvvəlki yaşayış yerlərində məskunlaşmaqda, xüsusilə də həmin yerlərdə hərbi əməliyyatlar gedibsə və orada bərpa işlərinə ehtiyac varsa, müvafiq yardımlar göstərilməlidir. Bu gün bu barədə söhbətimiz oldu. Beynəlxalq təşkilatlar bu məsələyə töhfə verə bilər”.

Bütün tərəflərlə təmasda olduqlarını söyləyən BQXK rəhbəri maksimum dərəcədə səmərəli əməkdaşlıq qurulacağına ümidvar olduğunu söyləyib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...