“Əvvəllər biz kommunikasiyaları blokadadan çıxarmağa hazır idik, amma hər şey Ermənistandan asılı deyildi”.
EDNews.net xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının nümayəndəsi, keçmiş erməni deputat Qaqik Minasyan deyib.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycan Ermənistanın qəbul edə bilməyəcəyi ilkin şərtlər qoyub.
“Hakimiyyətin Türkiyə və Azərbaycanın sərt şərtlərini qəbul edəcəyini düşünməyə meyilliyəm”, - deyə Minasyan qeyd edib.