“Bizim faciəmiz: balıqçının qayığı Ağdağ yüksəliyindən daha vacib idi”.
EDNews.net xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni politoloq Qaqik Hambaryan yazıb.
Onun sözlərinə görə, Qarabağdakı son biabırçı müharibədən təxminən bir il keçib və baş verən proseslər daha bir sübutdur ki, Ermənistan cəmiyyəti çürüyüb, bunun nəticəsində ermənilər dövlətçiliyi itirəcəklər.
“Bəli, mədə ilə düşünən cəmiyyətlər müstəqil dövlətə sahib ola bilməzlər... Cəmiyyətimiz ya ayılacaq, ya da Türkiyə-Azərbaycan tandeminin bir hissəsini təşkil edən hansısa sancağa çevriləcək”, - deyə Hambaryan qeyd edib.