Ermənistanın törətdiyi cinayətlər Frankfurt Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilir - ednews.net

5 Dekabr,

Ermənistanın törətdiyi cinayətlər Frankfurt Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilir

Siyasət A- A A+

Almaniya Federativ Respublikasının Frankfurt-Mayn şəhərində “Yenidən əlaqə qur” devizi altında 73-cü beynəlxalq kitab sərgisi keçirilməkdədir.

Ombudsman Aparatından verilən məlumata görə, oktyabrın 24-ə kimi davam edəcək bu sərgi kitab işi sahəsində çalışan minlərlə mütəxəssisi bir yerə toplamaqla yeni əməkdaşlıqların qurulması və təcrübə mübadiləsinin həyata keçirilməsi baxımından mühüm bir platformadır. Pandemiya səbəbindən sərgiyə qatıla bilməyənlər üçün isə müxtəlif görüşləri, ustad dərslərini və digər tədbirləri onlayn izləmək imkanı yaradılıb.

Dünyanın 80 ölkəsindən 2 min iştirakçının qatıldığı sərgidə Azərbaycan stendində ölkəmiz mədəniyyətimizə və tariximizə dair geniş çeşidli nəşrlərlə təmsil olunur.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Vətən müharibəsi dövründə həyata keçirdiyi faktaraşdırıcı missiyalarla bağlı, həmçinin daha sonra Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi insan hüquqları pozuntuları, soydaşlarımıza qarşı nifrət nitqi ilə əlaqədar hazırlanmış hesabatların daxil olduğu və ingilis dilində çap olunmuş 6 adda nəşri həmin beynəlxalq sərgidə nümayiş olunur.

Bu nəşrlərin beynəlxalq sərgilərdə nümayiş etdirilməsi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və işğalçı Ermənistanın ölkəmizə qarşı törətdiyi sülh və insanlıq əleyhinə cinayətlərin, müharibə cinayətlərinin və digər vandalizm aktlarının ifşa olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...