“Bizim üçün önəmli olan Türkiyə ilə Azərbaycan arasındakı həmrəyliyin Qarabağ müharibəsindən sonra bütün türk dünyasında, bu coğrafi məkanda əks olunmasıdır”.
EDNews.net-in Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Özbəkistanda keçirilən prezident seçkilərini müşahidə edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım jurnalistlərə açıqlamasında deyib.
“Biz bunu arzu edirik. Qardaşlığın, birlikdə olmağın nə qədər önəmli olması Qarabağ müharibəsində nümayiş etdirildi. Bu coğrafi məkanda (türk dünyası-red) da mühüm hadisələr olacaq”.