“Fikrimcə, bu gərginlik müvəqqəti xarakter daşıyacaq”.
EDNews.net xəbər verir ki, bunu İranla Azərbaycan arasında yaranan gərginliyə toxunarkən erməni iranşünas Armen Vardanyan bildirib.
Onun sözlərinə görə, hər halda, bu, son 30 ildə iki ölkə arasında münasibətlərdə böhran yaradan ilk hadisə deyil.
“Keçmişdə də böhranlı vəziyyətlər olub, İranın Azərbaycandakı səfirinin Xarici İşlər Nazirliyinə dəvət olunması, etiraz notası göndərilməsi halları olub”, - deyə Vardanyan qeyd edib.