“”Sülh” Azərbaycanın ərazi bütövlüyünün tanınması deməkdir...” - Ohanyan “həyəcan təbili” çalır - ednews.net

3 Dekabr, Cümə

“”Sülh” Azərbaycanın ərazi bütövlüyünün tanınması deməkdir...” - Ohanyan “həyəcan təbili” çalır

Siyasət A- A A+

Azərbaycan Ordusunun cəmi bir neçə saata darmadağın etdiyi “Ohanyan səddi”nin müəllifi, Ermənistanın sabiq müdəfiə naziri, hərbi cani və hazırda parlamentdə müxalifəti təmsil edən Seyran Ohanyan bu gedişlə ermənilərin daha da ağır duruma düşəcəyini bəyan edib.

EDNews.net “AzPolitika.info”-ya istinadla xəbər verir ki, Gümrüyə səfər edən Ohanyan jurnalistlərə açıqlamasında bölgədə kommunikasiyaların açılması nəticəsində Ermənistanın “daha dərin blokadaya” düşəcəyini bildirib: “Kommunikasiyaların açılması gələcəkdə daha dərin blokadaya gətirib çıxaracaq. Bu, özünü iqtisadi təzyiqdə (Azərbaycan tərəfindən-red.) və ən ağrılısı – Sünikin və Qekarkunikin (Zəngəzur və Göyçə-red.) demoqrafik xəritəsinin dəyişməsində göstərəcək.”

Ohanyan iddia edib ki, türklər və azərbaycanlılar iqtisadi inkişaf, əlaqələrin bərpası və s. adlarla Ermənistana axışacaq və demoqrafik durumu kökündən dəyişərək, Ermənistanın və Qarabağın gələcəyini sual altında qoyacaq.

Daha sonra Ohanyan bu gedişlə Ermənistanın “türkləşdiriləcəyini” söyləyib və noyabrın 9-da Moskvada keçiriləcəyi deyilən Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü barədə pessimist danışıb: “Artıq bu gün hakimiyyət ortaya belə bir tezis atıb ki, noyabrın 9-da keçiriləcək görüşdə yenə hansısa kapitulyasiya sənədi imzalanacaq və bu sənəd qlobal mənada, onların dediyinə görə, “regionda sülhü möhkəmləndirəcək”. “Sülh” düşmənin ərazi bütövlüyünün tanınması deməkdir, ərazi bütövlüyünün tanınması isə “artsax”ın (Qarabağın-red.) öz müqəddəratını təyin etməsinin üzərindən xətt çəkilməsi anlamı daşıyır”.

Bir il öncə 44 günlük müharibədə Ordumuzun “səddini dağıtdığı” və Şuşanı qoyub qaçan Ohanyan bu ağrının acısından hələ də özünə gələ bilməyib və hikkəsini Paşinyan hökumətinin üstünə tökməkdə davam edir. Lakin göründüyü kimi, bu hərbi cani də gözəl anlayır ki, Ermənistan getdikcə regionda gerçək layiq olduğu yeri alacaq və bir daha başını qaldırıb boyundan hündürə tullanmağı ağlının ucundan da keçirə bilməyəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...