Ermənistan və Azərbaycan Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə razılıq əldə edib.
EDNews.net xəbər verir ki, əldə olunmuş razılığa əsasən, azad olunmuş ərazilərdə erməni hərbçilərin cəsəd qalıqlarının axtarışı oktyabrın 26-dan bərpa olunacaq.
Ötən həftə axtarışların aparılmadığı da qeyd olunub.
Bu günə qədər Qarabağda 1686 erməni hərbçinin cəsəd qalıqları aşkar olunub.