“Təəssüf ki, müharibə zamanı doğru informasiyanı rəqib verirdi, artsrunlar isə xalqı aldadırdılar ki, qalib gəlirik”.
EDNews.net xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni ictimai xadim İrina Danielyan yazıb.
“Kreslolara uyğunlaşmış müxaliflər, indi nə deyəcəksiniz, hələ gözləyirsiniz ki, Nikol nə varsa, imzalasın, sonra deyəsiniz ki, camaat, gecikdik? Kapitulyant sütunlar”, - deyə o qeyd edib.