Zəngəzur dəhlizi kimləri narahat edir? - ednews.net

27 Noyabr, Şənbə

Zəngəzur dəhlizi kimləri narahat edir?

Siyasət A- A A+

“Azərbaycan və Türkiyə arasında əlaqələr Zəngəzur dəhlizi olmadığı zamanlarda da yüksək səviyyədə idi. Müxtəlif coğrafi yollarla əməkdaşlıq güclənib, hazırkı müttəfiqlik səviyyəsinə qalxıb. Dəhliz açılandan sonra türk dünyasının birləşəcəyi haqqında fikirlər səsləndirəndə isə əlaqələri daha da gücləndirən amilə çevriləcəyini nəzərdə tuturuq”.

EDNews.net xəbər verir ki, bu sözləri Modern.az-a Azərbaycan və Türkiyə arasında əməkdaşlığın yeni mərhələsindən danışarkən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. O xatırladıb ki, Zəngəzur dəhlizi böyük, simvolik layihədir:

“Amma qeyd etdiyim kimi, bu dəhliz olsa da, olmasa da Türkiyə və Azərbaycan arasında dərin tərəfdaşlıq münasibətləri formalaşıb. Bundan sonra həmin əlaqələri sarsıtmaq mümkün deyil.

Bəzən düşmənlər simvolik əhəmiyyətli düşmənlər şişirtməyə cəhd edirlər. Yəni ki, Zəngəzur dəhlizinin salınmasının təhlükə yaradacağını iddia edərək, düşmən təlaş formalaşdırmağa cəhd edir. Təkcə Ermənistan deyil, Rusiya və İranı narahat edən layihə olduğu iddiasını ortaya atanlar da var. Əslində isə praktiki baxımdan bu təhlükə real deyil”.

Sabiq nazirin sözlərinə görə, çoxlarını narahat edən məqam Azərbaycan və Türkiyə birliyi, müttəfiqliyidir:

“İndiyə qədər iki qardaş ölkə arasında həyata keçirilmiş bütün layihələrin düşmənləri var idi. Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Qars dəmiryolunu və s. yada salaq. O layihələrin həyata keçirilməsi zamanı da əleyhinə çıxış edənlər, təbliğat aparanlar var idi. Amma artıq ənənə halını almış bir siyasəti xatırlatmaq yerinə düşər: bütün maneələrə baxmayaraq, hər bir layihə plana uyğun icra olunur”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...