Qoşunları çıxarmaqla bağlı bu “şifahi anlaşma” nə vaxt əldə edilib və nəyə görə bu, şifahi olub? - Abrahamyan - ednews.net

27 Noyabr, Şənbə

Qoşunları çıxarmaqla bağlı bu “şifahi anlaşma” nə vaxt əldə edilib və nəyə görə bu, şifahi olub? - Abrahamyan

Siyasət A- A A+

“Sentyabrın 27-də Nikol Paşinyana Ermənistan üçün böyük əhəmiyyət kəsb edən məsələ ilə bağlı rəsmi məktub göndərərək bir qrup suallar vermişdim”.

EDNews.net xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abrahamyan yazıb.

Onun sözlərinə görə, Nikol Paşinyan qanunu pozaraq məktuba vaxtında cavab verməyib, daha sonra, oktyabrın 25-də Ermənistan xarici işlər naziri cavab verib ki, bu cavabı şərti olaraq “cavab” hesab etmək olar.

“Qoşunları çıxarmaqla bağlı bu “şifahi anlaşma” nə vaxt əldə edilib və nəyə görə bu, şifahi olub?”, - deyə Abrahamyan qeyd edib.

Bundan başqa, Tiqran Abrahamyan Ermənistan parlamentinin iclasında deyib ki, müharibədən sonrakı dövrdə hərbi büdcənin 11 faiz artırılması kifayət qədər aşağı göstəricidir.

“Hökumət silahlı qüvvələrdə islahatlara tələsmir ki, bu da çox qəribədir və anlaşılmazlıq yaradır. Ehtimal olunur ki, islahatlar 2022-ci ilin büdcə layihəsi parlamentə təqdim olunana qədər təsdiq edilməli idi. Bu, konseptual prioritetləri hərbi büdcəyə daxil etməyə imkan verərdi”, - deyə o bildirib.

Abrahamyan vurğulayıb ki, 2018-ci ildəki məlum hadisələrdən sonra, habelə müharibə zamanı və ondan sonra Ermənistanın hazırkı hakimiyyəti üçün silahlı qüvvələr dəyərə malik deyil: “Onlar bu hakimiyyət üçün şəxsi uğursuzluqlara haqq qazandırmaq və sudan quru çıxmaq üçün saxta hədəfləridir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...