Ermənistanla delimitasiya və demarkasiya prosesi illərlə uzana bilər, əsas şərtimizsə... - ednews.net

19 Yanvar, Çərşənbə

Ermənistanla delimitasiya və demarkasiya prosesi illərlə uzana bilər, əsas şərtimizsə...

Siyasət A- A A+

"Azərbaycan Respublikasının rəsmi mövqeyi hələ, ondan ibarətdir ki, delimitasiya və demarkasiya prosesi böyük sülh müqaviləsinin tərkib hissəsi kimi nəzərdən keçirilir. Böyük sülh müqaviləsinin əsas şərti qarşılıqlı ərazi bürtövlüyünün tanınmasıdır”.

EDNews.net xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov Azərbaycanın delimitasiyanın məhz 1921-cı ildə mövcud olan xəritə əsasında aparılmasıyla bağlı məlumatı şərh edərkən deyib. Onun fikrincə, məhz bu şərt həyata keçiriləndən sonra delimitasiya və demarkasiyadan söhbət gedə bilər:

"İkincisi, kommunikasiyaların açılması bir addımlıq hadisədir. Yəni qərar qəbul olunur, layihələr hazırlanır, təsdiqlənir, maliyyə ayrılır və həyata keçirilir. Delimitasiya və demarkasiya isə nəinki bir, iki, hətta 10 illiklərlə davam edə bilər. Məsələn, Azərbaycanın Gürcüstanla kommunikasiyaları açıqdır. Vizasız gediş-gəliş var, yollar açıq və strateji layihələr həyata keçirilir, amma delimitasiya və demarkasiya məsələləri yekunlaşmayıb. Yəni bu proses 10 illiklərə davam edə bilər. Ona görə Azərbaycanın mövqeyi ondan ibarətdir ki, biz sülh müqaviləsi imzalayaq, diplomatik münasibətlər qurub, kommunikasiyaları açıb, bu şəraitdə delimitasiya və demarkasiya komissiyasının fəaliyyətini başlada bilərik”.

Xəritələrə gəldikdə isə Fərhad Məmmədov bildirib ki, bununla bağlı hələlik Azərbaycanın rəsmi mövqeyi yoxdur:

"Hansı və neçənci ilin xəritələri əsas götürüləcək və s. Çünki bu, bir dinamik prosesdir. Burada müəyyən dərəcədə reallıqlar nəzərə alınmalıdır, keçmişə aid, amma gələcəyə yönəlmiş qərarlar qəbul edilməlidir. Ona görə bugün hansısa ilin xəritəsini götürüb onun dəqiqliyini yoxlamaq lazımdır, yaxın bir il ərzində saxtalaşdırılmayıb ki və s. bunlar üzərində mütəxəsislər tərəfindən ciddu şəkildə iş aparılmalıdır. Bu, yüngül, bir addımlıq proses deyil, böyük prosesin tərkib hissəsidir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...