ÜST-nin baş direktoru və BMT rəsmisi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi medalı ilə təltif ediliblər - ednews.net

18 Yanvar, Çərşənbə axşamı

ÜST-nin baş direktoru və BMT rəsmisi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi medalı ilə təltif ediliblər

Siyasət A- A A+

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi medalı ilə təltif edilib.

EDNews.net-in xəbərinə görə, o, təltifə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

“Biz planetimizin insanlarının sağlamlığını təmin etməliyik. Biz həmrəyliklə bu pandemiyadan üzüağ çıxacağıq. Bu medala görə təşəkkü edirəm”, - o vurğulayıb.

Bundan başqa, BMT-nin Cenevrə ofisinin Baş direktoru Tatyana Valovaya da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin medalı ilə təltif olunub.

Qeyd edək ki, təltiflə bağlı qərar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunda açıqlanıb. T.A.Qebreyesus və T.Valovaya tədbirə videokonfrans vasitəsilə qatılıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...