Ermənistan tərəfi ilə görüş olacaq? - Ceyhun Bayramov açıqladı - ednews.net

19 Yanvar, Çərşənbə

Ermənistan tərəfi ilə görüş olacaq? - Ceyhun Bayramov açıqladı

Siyasət A- A A+

Xarici işlər naziri Ceyhun Bayramov Ermənistan tərəfi ilə görüşün olub-olmayacağı barədə məsələyə aydınlıq gətirib.

EDNews.net xəbər verir ki, Ceyhun Bayramov bu barədə Qlobal Bakı Forumunda jurnalistlərin sualına cavab verərkən danışıb.

“Ermənistan-Azərbaycan arasında postmünaqişə dövrünə aid olan bir sıra məsələlər var. Burada həm nəqliyyat kommunikasiyalarının açılması, eyni zamanda Ermənistan-Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası keçirilməyib. Ümumilikdə bu, normal hal deyil. Dövlətlər arasında sərhədlərin müəyyən edilməsinin sivil qaydaları var. Təbii ki, bu proses baş verməlidir. Bu və ya digər humanitar tipli məsələlərlə bağlı, mina xəritələrinin təhvil verilməsi və başqa mövzular var. Bir çox təşəbbüslər də var. Qonşu və böyük region dövlətləri tərəfindən də çoxsaylı təşəbbüslər var. Azərbaycan tərəfi danışıqlardan çəkinməyib. Bizim mövqeyimiz ədalətlidir, beynəlxalq hüquqa əsaslanır”, - deyə nazir qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...