İtaliyada Qarabağ sərgisi - ednews.net

5 Dekabr,

İtaliyada Qarabağ sərgisi

Siyasət A- A A+

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Mədəniyyətlərarası Əlaqələr üçün Gənclər Birliyinin təşkilatçılığı ilə İtaliyada həyata keçirilən “Qarabağ informasiya sərgisi” layihəsi noyabrın 6-da başa çatıb.

EDNews.net-in xəbərinə görə, Mədəniyyətlərarası Əlaqələr üçün Gənclər Birliyinin sədri Türkan Həsənova AZƏRTAC-a bildirib ki, layihənin məqsədi 30 il ərzində işğal altında qalmış torpaqlarımızın Ermənistan tərəfindən necə talan olunmasını, şəhərlərin və mədəni abidələrin dağıdılmasını İtaliya ictimaiyyətinə nümayiş etdirmək olub. Layihə çərçivəsində Roma, Padova, Siena və Venesiya kimi şəhərlərdə təşkil olunmuş sərgilərdə Qarabağ həqiqətləri İtaliya xalqına həm şəkillərlə, həm şifahi olaraq çatdırılıb. Həmin sərgilər yerli sakinlərin və turistlərin böyük marağına səbəb olub.

Layihə Venesiyanın ən izdihamlı yerlərindən olan S.Lusia qatar stansiyasının qarşısında keçirilən sərgi ilə başa çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...