Azərbaycanla hərbi təlim, təcrübə mübadiləsi və yardımlaşmanın əhatə dairəsini genişləndiririk - Türkiyə müdafiə naziri - ednews.net

24 Yanvar, Bazar ertəsi

Azərbaycanla hərbi təlim, təcrübə mübadiləsi və yardımlaşmanın əhatə dairəsini genişləndiririk - Türkiyə müdafiə naziri

Siyasət A- A A+

“Şuşa Bəyannaməsi duyğularımızın, düşüncələrin kağıza köçürülməsidir”.

EDNews.net-in məlumatına görə, bunu Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovla birgə mətbuat konfransında Şuşa Bəyannaməsinə münasibət bildirərkən söyləyib.

H. Akar deyib ki, Şuşa Bəyannaməsi iki ölkə arasında mövcud olan səmimi əlaqələrin mövzusunu, əhatə dairəsini genişləndirən, dərinləşdirən bir Bəyannamədir: “Şuşa Bəyannaməsi həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, həm Azərbaycan Prezidenti İlham Əliyevin düşündüklərinin və ölkələrimiz, millətimiz üçün gördükləri perspektivin ortaya qoyulduğu bir sənəddir. Bizim üzərimizə düşən dəyərli qardaşım Zakir Həsənovla sənəddə əksini tapan müdafiə və təhlükəsizlik sahəsində fəaliyyəti təmin etməkdir. Hərbi təlim, əməkdaşlıq, təcrübə mübadiləsi və yardımlaşmanın əhatə dairəsini genişləndiririk. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...