Nənəm Füzulidəndir, ora səfər etmək istəyirəm - Vaynşteyn - ednews.net

5 Dekabr,

Nənəm Füzulidəndir, ora səfər etmək istəyirəm - Vaynşteyn

Siyasət A- A A+

8 noyabr tarixi gözəl bir gündür, qəlbimizdə əbədi qalacaq inanılmaz bir tarixdir.

EDNews.net xəbər verir ki, bunu Rusiyanın NTV telekanalının baş direktorunun müavini - baş prodüseri Timur Vaynşteyn deyib. Həmyerlimiz Qarabağ müharibəsində Zəfərin birinci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Biz hamımız uzun illər bunu xəyal etmişik. Nənəm Füzulidəndir. Mən Moskva-Füzuli aviareysinin açılmasını səbirsizliklə gözləyirəm. Bu reysin ilk sərnişinlərindən olmaq və o torpaqlara səfər etmək istəyirəm. Təəssüf ki, əcdadlarımız bu günü görmədən dünyadan köçdülər. Əminəm ki, öz doğma yurdumuza qayıdanda, bu sevinci yaşayanda onların ruhu da şad olacaq. Zəfər münasibətilə hər kəsi ürəkdən, səmimi qəlbdən təbrik edirəm”, - Vaynşteyn bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...