Ceyhun Bayramov UNESCO-nun Baş direktoru ilə görüşüb - ednews.net

27 Noyabr, Şənbə

Ceyhun Bayramov UNESCO-nun Baş direktoru ilə görüşüb

Siyasət A- A A+

Bu gün Azərbaycanın xarici işlər baziri Ceyhun Bayramov UNESCO-nun Baş direktoru Odre Azule ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən EDNews.net-ə verilən xəbərə görə, nazir Ceyhun Bayramov UNESCO-nun Baş direktoru vəzifəsinə yenidən seçilməsi münasibətilə Odre Azuleni təbrik edib.

O, ölkəmizin UNESCO ilə səmərəli və hərtərəfli əməkdaşlıqda, təşkilatın önəmli tərəfdaşlarından biri kimi ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.

Görüşdə mədəniyyət, təhsil, sosial və humanitar elmlər sahəsində əlaqələrə toxunulub, Azərbaycanın bundan sonra da təşkilatın ali məqsədlərinin təbliğ edilməsində səylərini davam etdirəcəyi nəzərə çatdırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” kimi tanınan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizin mədəniyyətlər və dinlər arası dialoqa, tolerantlıq və multikulturalizmin təşviqinə verdiyi töhfələr vurğulanıb.

Azərbaycan-UNESCO Etimad Fondundan Təşkilatın iki əsas prioritetlərindən olan Qlobal Afrika Prioriteti və Gender bərabərliyi sahəsində reallaşdırılan layihələrdən söz açan nazir, pandemiya zamanı təhsilin davamlılığını təmin etmək məqsədilə UNESCO-nun təşəbbüsü ilə yaradılmış Qlobal Təhsil Koalisiyasına Azərbaycanın verdiyi töhfəni qeyd edib.

Bundan əlavə, nazir Ceyhun Bayramov Azərbaycanın dahi mütəfəkkiri və şairi Nizaminin 880 illik yubileyinə həsr olunan, UNESCO Baş qərargahında təşkil edilmiş tədbirin həm-təşkilatçısı olduğuna görə xanım Baş direktora təşəkkürünü bildirib.

Öz növbəsində Odre Azule Azərbaycana təşkilata verdiyi daimi dəstəyə görə minnətdarlığını ifadə edib və artan templə inkişaf edən münasibətlərin daha da genişləndirilməsində maraqlı olduğunu ifadə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...