Gürcüstandakı azərbaycanlıların problemi - Nino Burcanadzedən pərdəarxası - VİDEO - ednews.net

4 Dekabr, Şənbə

Gürcüstandakı azərbaycanlıların problemi - Nino Burcanadzedən pərdəarxası - VİDEO

Siyasət A- A A+

Təkcə 2021-ci il ərzində Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı müxtəlif problemlər yaşanıb. Bunların arasında onlara məxsus torpaqların kilsə tərəfindən müsadirə və svan qalmaqalları var. Bəzi ekspertlər bunu Gürcüstan azərbaycanlılarının qəsdən sıxışdırılması ilə əlaqələndirib.

Amma Nino Burcanadze belə düşünmür:

“Çətinliklər həmişə və hər yerdə olur. Gürcüstanda azərbaycanlı vətəndaşlara qarşı hansısa siyasətin aparıldığı fikiri ilə razı deyiləm”. 

EDNews.net xəbər verir ki, Bizim.Media-ya müsahibəsində Gürcüstanın eks spikeri bildirib ki, bəzən baş verən xoşagəlməz hadisələri təəssüflə qeyd edib:

“Təəssüf ki, bəzən xoşagəlməz insidentlər baş verir. Əsas odur ki, vətəndaşlarımızın hamısı özünü Gürcüstanın bir parçası hesab etsin. Çünki bütün dövlətlərdə belədir. Dinindən, irqindən, milliyətindən asılı olmayaraq heç kəs özünü ölkənin bir hissəsi saymırsa, problemlər qaçılmazdır. Sadaladığınız problemlərdən hökumət cavabdeh olmalıdır. Çünki istənilən siqnala ani reaksiya verilməlidir”.

Gürcüstan və gürcülər üçün Azərbaycan nə anlam daşıyır? 

“Azərbaycanla mehriban qonşuluq əlaqələrinə önəm veririk. Nəzərə almaq lazımdır ki, vətəndaşlarımızın bir hissəsi azərbaycanlılardır. Bu və digər faktorlar mehriban, dost qonşuluğu zəruriləşdirir”.

Videonu təqdim edirik:

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...