“Qarakənddə vurulan “Mi-8” helikopterinin bir neçə parçasını mənim evimə gətirmişdilər...” - ednews.net

27 Noyabr, Şənbə

“Qarakənddə vurulan “Mi-8” helikopterinin bir neçə parçasını mənim evimə gətirmişdilər...”

Siyasət A- A A+
“Qarakənd faciəsində şəhid olan insanların əksəriyyəti mənim dostlarım idi. Onlardan ən yaxını dövlət katibi Tofiq İsmayılov idi. Biz onunla həm də eloğlu idik. Məhəmməd Əsədov, İsmət Qayıbov dostum, Alı Mustafayev tələbəm idi. Bu hadisədə mənim üçün şübhəli məqamlar var. Çünki orda axı bir neçə rus generalı da ölüb. İndi deyirlər ki, rus generallarını ordan qaçırıblar, onların meyitlərinin orda olub-olmaması bəlli olmadı. Elə cəsarət edə bilməzdilər ki, rus generallarının olduğu helikopteri vursunlar. Amma işin ən yaxşısını Allah və bir də ki, bu işi icra edənlər bilir. Əminəm ki, Qarakənd faciəsinin də üstü açılacaq”.
 
EDNew xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. O, helikopterin dəmir qalıqlarını və fotolarını şəxsən gördüyünü bildirib: 
 
“Qarakəndə vurulan “Mi-8” helikopterinin bir neçə dəmir parçalarını mənim evimə gətirmişdilər. Çünki Xalq Cəbhəsinin binası evimin yaxınlığındaydı və onu ekspertizaya təqdim edən adamlardan biri yaxınım idi. O dəmir parçalarının üstündə güllə yerləri var idi. O adam dedi ki, biz helikopterin bu qalıqlarını təxminən 70-100 metr dairədən yığmışıq. Məlum olur ki, burda yerdə atışma da olub. Yanan meyitləri isə sonradan yandırıblar.  Əkspert də bunu sübut etmişdi. Çünki meyitlərin bir neçəsi helikopter düşən yerdən 50-60 metr kənarda qaçan yerdə vurulmuşdu. Həmin meyitlərin fotolarını görmüşdüm. 
 
Həqiqət budur ki, bu hadisə Azərbaycan xalqı və siyasi elitamız üçün çox böyük itki idi. Alı Mustafayev tələbəm olub, ona iki il dərs demişəm. Bununla yanaşı, televiziyada işə düzəlməsinə köməklik etmişəm. Hər halda, bütün bu cinayət hadisələrinin törədilməsində əgər içəridən bələdçi olmasa, iş görmək mümkün deyil. Mütləq daxildən vasitəçi olmalıdır.  
 
Məhəmməd Əsədovun rəhbərliyi ilə Fərman Kərimzadə, Xudu Məmmədovla birlikdə Jdanov rayonunun adını dəyişib Beyləqan etdik. Bununla bağlı Fərman Kərimovla birlikdə Moskvaya getdim və sənədlər də gətirdim. Orda göstərilirdi ki, Jdanov vətən xaini olub və Stalin onu güllələtdirib. Orda böyük bir park saldıq, bir mədəniyyət evi tikdirdik və adını da Beyləqan mədəniyyət evi qoyduq. Böyük bir tədbir təşkil etdik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...