Sabiq nazirin qızını işdən çıxardılar - ednews.net

2 Dekabr, Cümə axşamı

Sabiq nazirin qızını işdən çıxardılar

Siyasət A- A A+

Rusiyanın MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş üzrə Federal Agentliyinin (Rossotrudniçestvo) rəhbəri Yevgeni Primakov Azərbaycanın sabiq Səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyevanı vəzifəsindən azad edib.

EDNews xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, Nərmin Şirəliyeva "Rossotrudniçestvo” rəhbərinin müşaviri vəzifəsindən azad olunub.
 
Qeyd edək ki, Nərmin Şirəliyeva bundan əvvəl Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.
 
Xatırladaq ki, Yevgeni Primakov Rusiyanın tanınmış dövlət xadimi, 90-cı illərdə ayrı-ayrı vaxtlarda Baş nazir, Xarici İşlər naziri və Xarici Kəşfiyyat Xidmətinin rəisi işləmiş Yevgeni Primakovun nəvəsidir. O, ötən ilin iyun ayında Rusiya Prezidenti Vladimir Putin müvafiq fərmanı ilə "Rossotrudniçestvo”nun rəhbəri təyin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...