İrəvandan delimitasiya və demarkasiya ilə bağlı yeni AÇIQLAMA - ednews.net

9 Dekabr, Cümə axşamı

İrəvandan delimitasiya və demarkasiya ilə bağlı yeni AÇIQLAMA

Siyasət A- A A+

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində sərhədin delimitasiya və demarkasiyasına dair sənədə imza atmayacaq.

EDNews.net xəbər verir ki, bu fikirləri Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan “Hraparak” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanla sazişin imzalanması ilə bağlı heç bir razılaşma yoxdur. 

Qriqoryan hesab edir ki, sərhədin delimitasiyası və demarkasiyası prosesi görüşlərdən və ya səfərlərdən asılı deyil, tamam başqa məntiqlə həyata keçirilir.

Baş nazirin müavini vurğulayıb ki, kommunikasiyaların blokadadan çıxarılması üzrə üçtərəfli işçi qrupu “dəhliz” məntiqində fəaliyyət göstərmir və bu kimi məsələləri müzakirə etmir. 

O, Azərbaycanın Ermənistana Zəngəzur dəhlizi ilə bağlı təzyiq göstərdiyini təkzib edib:

“İndi üçtərəfli qrup çərçivəsində bəzi məsələlərdə müəyyən razılığa gəlmişik, razılaşdırılmış variantlar çoxdur, lakin gələcək işlərlə bağlı yekun razılaşma yoxdur”.

Qeyd edək ki, dünən ermənilərə məxsus Telegram kanalı İlham Əliyev, Putin və Paşinyanın noyabrın 26-da Soçidə görüşəcəkləri barədə xəbər tirajlamışdı. Lakin sonradan erməni baş nazir bunu təkzib etmişdi. Rəsmi Bakı və Moskva isə mövzuya münasibət göstərməyib.  

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...