Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Kemerovo vlayətində kömür mədənində həlak olanlarla bağlı başsağlığı verib.
EDNews.net-in xəbərinə görə, başsağlığı XİN-in rəsmi “Twitter” səhifəsində yayılıb.
Başsağlığında deyilir: “Listvyajnaya” kömür mədənində baş verən partlayışla əlaqədar Rusiya xalqına, həlak olanların doğmalarına dərin hüznlə başsağlığı verir, bütün zərərçəkənlərin tezliklə sağalmasını arzulayırırq”.