Putin Qarabağda sülhməramlıların və Rusiya-Türkiyə Birgə Mərkəzinin müsbət rolundan danışıb - ednews.net

5 Dekabr,

Putin Qarabağda sülhməramlıların və Rusiya-Türkiyə Birgə Mərkəzinin müsbət rolundan danışıb

Siyasət A- A A+

Biz bu gün Qarabağ nizamlanması ilə bağlı üçtərəfli formatda danışacağıq. Bir müddət sonra Ermənistanın Baş naziri bizə qoşulacaq.

EDNews.net-in xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşdə bildirib.

O vurğulayıb ki, Qarabağ nizamlanmasında Rusiya sülhməramlıları müsbət rol oynayır.

“Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzi də aktiv işləyir. Təəssüflər olsun ki, problemlər var, insidentlər olur. Təəssüflər ki, ölümsüz ötüşmür. Biz elə bunun üçün yığışmışıq. Baxaq görək indiyə kimi nə edilib, bundan sonra belə şeylər baş verməsin, regionda vəziyyət sakitləşsin, region ölkələrinin inkişaf etməsi üçün şərait yaransın”, - Rusiya dövlət başçısı qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...