Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiya yaradılacaq - ednews.net

18 Yanvar, Çərşənbə axşamı

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiya yaradılacaq

Siyasət A- A A+

Moskva, Bakı və İrəvan Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası və sonradan demarkasiyası ilə bağlı ikitərəfli komissiyanın yaradılması istiqamətində hərəkətə keçməyə razılaşıblar, Rusiya Federasiyası isə tərəflərin xahişi ilə onlara köməklik göstərəcək.

Bu barədə Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı Bəyanatda deyilir.

"Biz Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımlar atmağa və tərəflərin xahişi əsasında Rusiya Federasiyasının məsləhətçi köməyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması istiqamətində iş aparmağa razılaşdıq", - sənəddə vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...