“İndi, görək, Putin Ermənistandakı müxalifətçi "KQB" dostlarının səsini kəsəcəkmi?..”

Siyasət 15:50 27.11.2021
"İrəvan Apellyasiya məhkəməsi Xocalı qatili Robert Köçəryana faktiki bəraət verdi, separatçı "lider" Araik isə əski parçası ilə yeni Müdafiə naziri ilə görüşdü..."
 
“Görək Vladimir Vladimiroviç Qarabağdakı ordusuna göstəriş verəcəkmi ki, oradakı bütün erməni silahlılarını tərksilah edin və Araik başda olmaqla separatçı rejim nümayəndələrinin Azərbaycan tərəfindən həbsinə şərait yaradın...”
 
-Fikir savaşı-
 
Noyabrın 26-da  - Azərbaycanın cəmi 1 ay  8 gün öncə  müstəqilliyi ilə bərpa olunmuş  körpə dövləti tərəfindən  keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması haqda  düz 30 il əvvəl qərar verildiyi eyni təqvim günündə Soçidə Azərbaycan,Rusiya və Ermənistan  liderlərinin üçtərəfli görüşü keçirildi... Azərbaycan telekanallarında görünən əksər ekspert və politoloq hesab edilənlər bu görüşü də növbəti 44 günlük savaşdakı qələbəmizdən sonra Ermənistanla sülh əldə olunması yolunda növbəti uğurlu bir addım(!) kimi dəyərləndirdilər...
 
*** *** 
 
“Addım” dedim, yadıma 1996-cı ildəki Lissabon sammiti, nə bilim, Budapeşt sammiti və s. düşdü... Onda rəhmətlik dövlət müşaviri Vəfa Quluzadə başda olmaqla AZTV-də və digər kanallarda görünən əksər şərhçilər, ekspertlər həmin sammitləri və s. Qarabağ məsələsinin həllində böyük uğur kimi dəyərləndirirdilər... Vəfa müəllimin hər belə tədbirdən sonra “Qarabağ münaqişəsinin həlli istiqamətində daha bir addım atdıq” ifadəsi, yəqin ki, oxucuların çoxunun yadındadır... Bu minvalla beləcə ATƏT-in Minsk qrupunun rəhbərliyi ilə  “addım”lar ata-ata, nəhayət, 25-30 ildən sonra “addım”lamaqdan bezib gözlənilməz bir ildırımsürətli hücumla gəlib çatdıq Şuşaya, Kəlbəcərə, Qubadlıya, Füzuliyə və s... Çox şükür, dövlətimizin, şəhid və qazilərimizin, döyüşkən oğullarımızın hesabına işğal altındakı torpaqlarımızın əksəri hissəsini azad edib  qələbə sevincini daddıq, ümummili qürurumuzu xeyli bərpa etdik...
 
**** ***
 
Bundan sonra xalq, dövlət olaraq əsas vəzifəmiz Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü, onun BMT çərçivəsində müəyyən olunmuş sərhədlərini tanımağa məcbur edərək  birdəfəlik əsl təslimçi sülh sazişinə imza atmağa vadar etməkdir ki, oğullarımız keçmiş 26 illik və indiki birillik atəşkəs dövründə olduğu kimi, iki gündən bir təsadüfi açılmış bir güllənin, qəlpənin qurbanı olmasın... Yəni sabah bu qondarma “erməni məsələsi”nin yükü gələcək nəsillərimizin, nəvə-nəticələrimizin çiynində də bir yük kimi qalmasın...
 
*** ***
 
Azərbaycanın ərazi bütövlüyünün tanınması dedikdə isə ilk növbədə Ermənistan hökumətinin rəsmən keçmiş Dağlıq Qarabağ və ətraf rayonların ərazisini Azərbaycan ərazisi kimi tanıması nəzərdə tutulur...
 
*** ***
 
İndi görək qondarma Qarabağ məsələsinin bünövrəsini iki əsr öncə qoymuş Rusiya imperiyasının hazırkı faktiki imperatoru olan V. Putin İrəvandakı müxalifətçi dostlarının – Robert Köçəryanın, Serjik Sərkisyanın və s.  səsini kəsəcəkmi? Onlara deyəcəkmi ki, daha Qarabağ adını çəkməyin, Qarabağın statusundan-filandan, Zəngəzur yolunun açılmamasından,  sərhədlərin guya Azərbaycanın xeyrinə çəkilməsindən danışmayın. Oturun yerinizdə, Paşinyan özü məsələləri həll edib Azərbaycanla sülh sazişini bağlayacaq və ondan sonra Ermənistan da iqtisadi cəhətdən inkişaf edəcək, çiçəklənəcək və s... Görək Putin  Qarabağdakı ordusuna göstəriş verəcəkmi ki, oradakı bütün erməni silahlılarını tərksilah edin və Araik başda olmaqla separatçı rejim nümayəndələrinin Azərbaycan tərəfindən həbsinə şərait yaradın... Sizcə,  bunları deyərmi Putin Ermənistandakı adamlarına?.. Bunları desə və sonda Azərbaycanla Ermənistan arasında doğrudan da sülh sazişi bağlansa, Ermənistan Qarabağdakı bütün silahlı və siyasi qüvvələrini çıxarsa, Rusiya da məcburdur rəsmi Bakı tələb edəcəyi və İrəvan da razılaşacağı halda sülhməramlı(?) ordusunu Azərbaycan torpaqlarından çıxarsın. Və bu halda hər iki respublikaya, eləcə də Türkiyəyə təsir göstərmək üçün optimal işlək mexanizm olan “Qarabağ” rıçaqı Kremlin əlindən çıxacaq... Təbii ki, imperiya ambisiyalarından əl çəkməyənədək rəsmi Moskva və xüsusən hazırkı Rusiya lideri Putin olayların belə inkişafına razı olmayacaq... Digər tərəfdən, hətta Rusiya sülhün yaranmasına şərait yaratsa belə, “Qarabağ” çömçəsini öz əlinə keçirmək istəyən Qərb, xüsusən də ABŞ və Fransa bununla razılaşmayaraq ocağa yağ tökməkdə davam edəcəklər... 
 
*** *** 
 
Hadisələrin gedişi də göstərir ki, Azərbaycanla Ermənistan arasında tezliklə sülhün yaranacağına inanmaq sadəlöhvlük olardı... Artıq İrəvanda birbaşa Kreml tərəfindən idarə olunmasına şəkk-şübhə olmayan Rusiya meyilli müxalifət “Soçi bəyanatında Qarabağın statusu məsələsindən danışılmayıb” və s. deyərək erməni toplumunun xəstə, başıboş hissəsini körükləməyə başlayıblar, mitinqlər təşkil edirlər...
 
*** ***
 
Soçi görüşündə sülhdən, barışıqdan danışılarkən, bilirsiz, İrəvanda hansı diqqətəlayiq hadisələr baş verdi. Əvvəla, hörmətli Vladimir Vladimiroviçin dostu, hələ sovet dövründə digər “KQB” agentləri ilə bərabər Qarabağ məsələsinı qızışdırıb təşkil edənlərdən biri, Xocalı qatili Robert Köçəryanın 2008-ci ildəki mart hadisələrindəki “günahsızlığı” İrəvan Apellyasiya Məhkəməsi tərəfindən də təsdiqləndi... Yəni artıq onun Paşinyan tərəfindən zindana atılmaq ehtimalı çox aşağı endi... Və deməli,  Köçəryan bundan sonra da meydanlara çıxıb dostu Putinin yeni “KQB”-“FSB” senarisi ilə  “Artsax uğrunda mübarizəni”  yenidən sıfırdan başlatmaq üçün katalizatorluq edə biləcək...  
İkincisi isə  Azərbaycan torpaqlarındakı separatçıların başçısı Araik Arutyunyan İrəvanda Ermənistanın yeni müdafiə naziri Suren Papikyanla görüşdü... Özü də Ermənistan bayrağı yanına öz əski parçasını da qoymuşdu. Halbuki, 44 günlük savaşdan sonrakı bir il ərzində Araikin Paşinyanla heç bir görüşündə həmin əski parçası görünməmişdi...
 
*** ***  
 
Deməli, hələ Kremldən məsələni bitirmək haqda nə İrəvana, nə də Xankəndinə qəti siqnal gəlməyib... Odur ki, ən azı, İrəvandakı dostlarını susdurmayacağı təqdirdə Putinin Azərbaycana qarşı səmimiliyinə inanmaq doğru olmaz...  Və eyforiyaya qapılıb yastığa baş qoymaq lazım deyil... Hələ mübarizə aparmalıyıq...
 
Sultan Laçın  

 

Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

Stressdən necə azad olaq? - ARAŞDIRMA
19:00 29.03.2024
“Qəbələ” “Neftçi” ilə oyuna itkilərlə ÇIXACAQ
18:38 29.03.2024
Bolqarıstan Prezidenti İlham Əliyevə zəng edib
18:33 29.03.2024
Ötən il atmosferə atılan çirkləndirici maddələrin həcmi 34 min tondan çox artıb
18:19 29.03.2024
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
18:08 29.03.2024
Ceyhun Bayramov: Aİ-Ermənistan-ABŞ konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər
17:55 29.03.2024
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
17:49 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Hamısı