Ceyhun Bayramov İran xarici işlər naziri ilə görüşüb - Qarabağ bəyanatı müzakirə edilib - ednews.net

25 Yanvar, Çərşənbə axşamı

Ceyhun Bayramov İran xarici işlər naziri ilə görüşüb - Qarabağ bəyanatı müzakirə edilib

Siyasət A- A A+

Xarici işlər naziri Ceyhun Bayramov İƏT Xarici İşlər Nazirləri Şurasının Aşqabadda keçirilən iclası çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.

Bu barədə EDNews.net-ə Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlər cari il BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Nyu Yorkda baş tutan görüşləri, habelə çoxsaylı telefon danışıqları zamanı əldə olunan razılaşmaların icrası istiqamətində aparılan konstruktiv işləri alqışlayıblar.

Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrlərinin cari ilin 21 noyabr tarixində Tehranda keçirilən görüşündən məmnunluq ifadə edilib.

Nazirlər, həmçinin bölgədəki cari vəziyyət, o cümlədən üç ölkə liderinin Soçi görüşü və 26 noyabr tarixində imzalanmış Bəyanat, ümumilikdə üçtərəfli bəyanatların icrası məsələləri, eləcə də bölgədə 3+3 formatında əməkdaşlıq platformasının vacibliyi ilə bağl fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin digər mühüm regional məsələlər, o cümlədən Əfqanıstanda vəziyyət və onun ölkə daxili və ətraf bölgəyə təsiri, eyni zamanda İranın nüvə proqramı və bu xüsusda Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə Vyanada aparılan danışıqlar ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...