“Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsi başda olmaqla, Türkiyə və Türkmənistanın maraqlarına xidmət edən mühüm layihələri dəstəkləyəcəyik”.
EDNews.net-in məlumatına görə, bu, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun görüşündən sonra yayılan birgə bəyanatda qeyd olunub.
Bildirilib ki, Türkiyə və Türkmənistan Xəzər dənizindən keçən Şərq-Qərb nəqliyyat dəhlizi üzərindəki layihələri dəstəkləməyə davam edəcək.