Azərbaycandan Iğdıra avtomobil yolu çəkiləcək - ednews.net

28 Yanvar, Cümə

Azərbaycandan Iğdıra avtomobil yolu çəkiləcək

Siyasət A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan Iğdıra magistral yolun çəkiləcəyini bildirib.

EDNews.net-in “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Türkmənistandan qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan deyib ki, magistral yolun çəkilməsi ilə Naxçıvan problemi həll ediləcək, digər tərəfdən isə Ermənistan torpaqlarından keçməklə Azərbaycanın Iğdır ilə əlaqəsinin qurulması çox uğurlu addım olacaq.

“Bundan başqa, istər avtomobil yolu, istərsə də dəmir yolu ilə insan və yük daşımalarında mühüm addım atılacaq”, - Türkiyə dövlət başçısı vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...