Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Türk Dövlətləri Təşkilatının varlığından narahat olmasına dair məsələyə münasibət bildirib.
EDNews.net-in “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Türkmənistandan qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan deyib ki, xaricdə Türk Dövlətləri Təşkilatının varlığından narahat olan qüvvələr var.
“Amma bu məsələdə Rusiya narahat olub deyə bilmərəm” – Ərdoğan vurğulayıb.