“Soçidə imzalanmış bəyanatda Ermənistanın maraqlarına cavab verən bir bənd də tapmadım. Bəyanatda nə hərbi əsirlərin geri qayıtma tarixi, nə Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında həlli məsələsi, nə də Qarabağın statusu qeyd olunur. Səbəb Nikol Paşinyanın danışıqlar aparan şəxs kimi görünməməsi, danışıqlar masası arxasında yox, hardasa masanın altında olmasıdır”.
EDNews.net Moderator.az-a istinadən xəbər verir ki, "ArmenianReport" nəşrinin yazdığına görə, bunu parlamentin “Şərəfim var” fraksiyasının katibi Ayk Mamicanyan "24News"-a Ermənistan, Rusiya və Azərbaycan liderlərinin son görüşü ilə bağlı müsahibəsində bildirib.
“Paşinyanın mətbuat konfransı yalanlar toplusu idi, onun açıqlamaları yalnız daxili auditoriya üçün nəzərdə tutulub. Onu məhbus və sərhəd məsələləri maraqlandırmır, onu ancaq dövlət bağ evinin olması, hakimiyyətdə olması maraqlandırır. Şuşa məsələsinin müzakirə mövzusu olması iyrənc yalandır.
Əgər Şuşa məsələsinin danışıqlara daxil edildiyi ən azı bir sənəd olsaydı, çoxdan dərc olunardı. Paşinyan hakimiyyətə gələn kimi danışıqlar mirasını təqdim etməklə hədələyir. Təqdim etsin və hamı görsün ki, onu hansı nadanlıqla məhv edib.
Əgər kapitulyantın barmağının ucunda Ermənistan Respublikasının maraqlarının lazımi səviyyədə qorunmayacağı heç olmasa bir sənəd olsaydı, onu dərc etməzdimi? Belə bir sənədin olmadığı aydın deyilmi?" - deyə Mamicanyan əlavə edib.